Çin “Böyük Günəş Səddi” tikir | FOTOLAR

   Çin “Böyük Günəş Səddi” tikir    | FOTOLAR
  15 Yanvar 2025    Oxunub:385
Çinin şimalında, “İç Monqolustan” muxtar vilayətində yerləşən Kubuki səhrası vaxtilə “ölüm dənizi” adlandırılırdı. Amma hazırda onun günəş panelləri ilə örtülmüş qumlu təpələri fotoelementlər “dəniz”inə çevrilir.
Çinin “Böyük Günəş Səddi” layihəsi tam şəkildə 2030-cu ildə başa çatacaq. Uzunluğu 400 km, eni 5 km olan panellər zolağı Pekin şəhərini ildə 110 giqavatt enerji ilə təmin edəcək.

NASA-nın “Landsat 8” və “Landsat 9” peyklərinin 5 il fərqlə çəkdiyi fotolarda görülən işləri müşahidə etmək mümkündür.

Kubuki səhrası, 2018-ci il

Kubuki səhrası, 2024-ci il

Baotou və Bayannur şəhərləri arasında uzanan fotoelementlər zolağı quru, qızmar küləklərin qarşısını almaqla, səhranın yaşıllaşdırılması işlərinin aparılmasına da zəmin yaradır.
Misir səhranı yaşıllaşdırır | Peyk fotoları

Qeyd edək ki, hazırda Çində Günəş elektrik stansiyalarının ümumi gücü 386 875 meqavattdır. Bu, dünyadakı ümumi fotogenerasiya gücünün 51 faizi deməkdir. İkinci yerdə gələn ABŞ ondan xeyli geri qalır: 79364 meqavatt (11 faiz). Üçüncü yer isə Hindistana məxsusdur: 53 114 meqavatt (7 faiz).

2017-ci ildən bəri Çində Günəş enerjisinin generasiyası hər il təxminən 39 994 meqavatt artır. ABŞ-da bu artım ildə 8 137 meqavatta bərabərdir.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   Energetika   Çin  





Xəbər lenti